Gorusdan Xankəndi istiqamətinə BQXK-nin müşayiəti ilə təcili yardım avtomobilləri keçib
26.09.2023 [15:37]
Gorusdan Xankəndi istiqamətinə Beynəlxalq Qızıl Xaç Komitəsinin müşayiəti ilə təcili yardım avtomobilləri keçib.
AZƏRTAC-ın Qarabağa ezam edilmiz əməkdaşları xəbər verir ki, Ermənistandan gələn 20-dək ambulans BQXK-nin xətti ilə Xankəndinə gedib.
Laçın sərhəd buraxılış məntəqəsində ambulanslara baxış keçirilib. Ambulanslar maneəsiz keçid edərək Xankəndiyə hərəkət edib.