SİYASƏT


AZƏRTAC “Bir kəmər, bir yol” İqtisadi İnformasiya Tərəfdaşlığı platformasının Rəyasət Heyətinin üzvü seçilib

Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC “Bir kəmər, bir yol” İqtisadi İnformasiya Tərəfdaşlığı (BREİP) platformasının Rəyasət Heyətinin üzvü seçilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı qərar qurumun Çinin Şanxay şəhərində keçirilən iclasında qəbul olunub. AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev tədbirdə iştirak edib.
İclasda Sinxua agentliyinin prezidenti Fu Hua platformanın bu illər ərzində dünyanın hər yerindən iqtisadi xəbərlərin toplandığı və yayımlandığı dəyərli informasiya mənbəyinə çevrildiyini qeyd edib. O, iqtisadi məlumatların sahibkarların biznesinin inkişafına, eyni zamanda, ölkələr arasında əlaqələrin bu istiqamətdə genişlənməsinə töhfə verdiyini bildirib.