SİYASƏT


Qarabağdan Anım Günü ilə bağlı AZƏRTAC-IN REPORTAJI

Bu gün Azərbaycanda Anım Günüdür. Xalqımız İkinci Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərini, şəhidlərini heç vaxt unutmayacaq. Hazırda olduğumuz ərazidə Füzuli rayonunda ilk şəhid verdiyimiz yerlərdən biridir. Məhz bu istiqamətdən başlayaraq qəhrəman hərbçilərimiz Azərbaycan torpaqlarını düşmən tapdağından azad etmək üçün əks-hücüm əməliyyatlarına başladı.