SİYASƏT


Ermənilər ABŞ-da Azərbaycan və Türkiyəyə qarşı təhqirlər səsləndirdi, polis işə qarışdı

Los Ancelesdə Yunus Əmrə İnstitutu ilə USC Annenberq Ünsiyyət və Jurnalistika Məktəbinin İctimai Diplomatiya Magistr proqramının birgə keçirdiyi konfransda erməni təxribatçılar tərəfindən Azərbaycan və Türkiyəyı qarşı təxribat olub. Belə ki, erməni tələbələrdən ibarət bir qrup təxribatçı Azərbaycanın Los Anceles şəhərindəki konsulu Ramil Qurbanovu və Türkiyə təmsilçilərini hədəf alaraq Azərbaycan və Türkiyə əleyhinə təhqirlər səsləndiriblər. Polis və təhlükəsizlik əməkdaşlarının köməyi ilə təxribatçı iclas salonundan çıxarılıb.