DÜNYA


Türkiyə DİN-in Təhlükəsizlik Baş İdarəsinə terror hücumu olub, iki nəfər yaralanıb

Türkiyə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsinə terror hücumu olub.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.

Onun sözlərinə görə, yerli vaxtla saat 09.30 radələrində bina girişinə avtomobillə gələn iki terrorçu bombalı hücum həyata keçirib. Terrorçulardan biri özünü partladıb, digər isə zərərsizləşdirilib.

Terror hücumu zamanı 2 polis əməkdaşı xəsarət alıb.