Meksikada mərasim zamanı kilsənin damı uçdu: Ölən və yaralananlar var
02.10.2023 [13:15]
Meksikada dini mərasim zamanı kilsənin damı uçub.
Hadisə Syudad-Mader şəhərində baş verib. Nəticədə 9 nəfər həlak olub, daha 50 nəfər yaralanıb. Qəza zamanı binada 100-dən çox adam olub.