Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRTAC-ın təqdimatında “Heydər Əliyev Azərbaycandır!” filmi - 1-ci hissə

02.10.2023 [21:45]

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ikihissəli film hazırlayıb.
AZƏRTAC xəbər verir ki, “Heydər Əliyev Azərbaycandır!” filmində dahi şəxsiyyətin ictimai-siyasi fəaliyyətinin nəticəsi olaraq Azərbaycanın inkişafında mühüm rol oynamış 100 tarixi fakt təqdim edilir.
Filmin hazırlanması üçün Azərbaycanın bir sıra regionlarında çəkilişlər aparılıb, böyük həcmdə tarixi məlumatlar toplanıb. Filmin baş prodüseri AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, quruluşçu rejissorları Seyran Mahmudoğlu və Fariz Əhmədov və, ssenari müəllifi Yunis Orucovdur.

BÖLMƏNİN DİGƏR VİDEOLARI