CƏMİYYƏT


DYP hava şəraiti ilə əlaqədar müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.
AZƏRTAC-ın xəbərinə görə, müraciətdə xatırladılıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, hazırda ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin oktyabrın 5-i gündüzədək davam edəcəyi gözlənilir.
İdarə verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı və yol hərəkəti qaydalarına riayət etməyi xahiş edir.