Tayvanda qasırğa səbəbindən 200-dən çox aviareys ləğv olunub
05.10.2023 [17:04]
Xəbərin mətni
Tayvanda “Koinu” qasırğası səbəbindən azı 224 aviareys ləğv olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə adanın fövqəladə vəziyyətlər üzrə operativ qərargahı məlumat yayıb.
Ləğv olunan uçuşların 182-si daxili, 42-si isə Çinin materik hissəsinə və xarici ölkələrə olan reyslərdir. Tayfun, həmçinin Tayvanla yaxınlıqdakı arxipelaqlar arasında bərə əlaqəsinə də təsir edib. Səhər saatlarına olan məlumata görə, 15 istiqamət üzrə 136 bərə reysi ləğv olunub.