Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhid İlkin Məmmədzadənin xatirəsi anılıb

07.10.2023 [14:41]

Sumqayıt Şəhidlər Xiyabanında 44 günlük Vətən müharibəsi şəhidi İlkin Məmmədzadənin xatirəsi anılıb. İlkin Məmmədzadə İkinci Qarabağ müharibəsinin başladığı gündən döyüşlərə qatılıb və müharibənin 11-ci günündə Tərtər-Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.