Qaxda ev və köməkçi tikili yandı
07.10.2023 [15:57]
Qax rayonunda ayrı-ayrı ərazilərdə eyni anda yanğın hadisələri baş verib. Nəticədə bir ev və köməkçi tikili yanıb.
Yanğılardan birincisi rayonun Zərnə kəndində, kənd sakini Lalə İlyasovaya məxsus ümumi sahəsi 160 kvadratmetr olan fərdi yaşayış evində baş verib. Əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası və şəxsi
heyəti cəlb olunub. Yanğın nəticəsində yeni təmirdən çıxmış evin 100 kvadratmetr sahədə dam və tavan örtüyü tamamilə yanıb.
Digər yanğın hadisəsi isə Qax şəhəri İmam Mustafayev küçəsində, Elnur Qadaşova məxsus köməkçi tikilidə qeydə alınıb. Yanğın zamanı köməkçi tikili içərisindəki əşyalarla birlikdə tamamilə yanıb.