Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri QHGT-nin üzvləri ilə görüşüb

07.10.2023 [21:01]

Xəbərin mətni

Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxi Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) üzvləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar QHGT-nin mənzil qərargahı ilə tanış olublar. Onlara Təşkilatın həyata keçirdiyi layihələr barədə məlumat verilib.
Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev təşkilatın Qoşulmama Hərəkatı üzv dövlətlərindən olan gənclər arasında əməkdaşlığın genişləndirilməsində rolunu və bu cür yüksək səviyyəli görüşlərin əhəmiyyətini vurğulayıb.