Azərbaycan Mədəniyyət Mərkəzi “Muzeylərin uzun gecəsi“ layihəsində iştirak edir
09.10.2023 [11:02]
Xəbərin mətni
Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi Avstriya Teleradiosunun (ORF) təşəbbüsü ilə keçirilən “Muzeylərin uzun gecəsi“ layihəsində iştirak edir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində görkəmli azərbaycanlı rəssam, Dövlət mükafatlarının laureatı, SSRİ və Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyov və onun qızı, Azərbaycanın Əməkdar rəssamı Əsmər Nərimanbəyovanın əsərlərindən ibarət “Nəsillərin rəng dünyası” sərgisi geniş ictimaiyyətə təqdim olunub.