Azərbaycan Dövlət İnformasiya Agentliyi

NATO-nun Kosovodakı qüvvələrinə rəhbərlik Türkiyəyə keçib

10.10.2023 [14:47]

Xəbərin mətni

NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələrinə (KFOR) rəhbərlik Türkiyəyə keçib.
AZƏRTAC xəbər verir ki, ötən il oktyabrın 10-da KFOR-a rəhbərliyi Macarıstandan təhvil alan İtaliyanın komandanlıq müddəti başa çatıb. Türkiyə sülhməramlı qüvvələrin komandanlığını oktyabrın 10-da İtaliyadan təhvil alıb.