Taksilərdə dəyişiklik, qiymətlər artacaqmı?
10.10.2023 [17:08]
Oktyabrın 1-dən taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər rüsumlar ödəməli və müəyyən təlimlərdən keçməlidirlər. Təlimlərdən keçmək üçün 10 850 nəfər müraciət edib. Xidmət səviyyəsinin yüksəldilməsi ilə vətəndaş məmnunluğunun artırılması məqsədini daşıyan təlimlər tədris kabinetlərində və təlim meydançasında müvafiq sahə üzrə yüksək ixtisaslı, təcrübəli müəllim heyəti cəlb olunmaqla keçirilir. Proqramın yekununda imtahan təşkil edilir. Xüsusi hazırlığı müvəffəqiyyətlə bitirən sürücülərə şəhadətnamə təqdim olunur. Taksi fəaliyyəti ilə bağlı hazırkı vəziyyəti araşdırdıq.