Azərbaycan Dövlət İnformasiya Agentliyi

Korsika Milli Azadlıq Cəbhəsi adadakı 24 partlayışın məsuliyyətini üzərinə götürüb

10.10.2023 [17:32]

Xəbərin mətni

Korsika Milli Azadlıq Cəbhəsi (FLNC) Korsika adasında oktyabrın 8-dən 9-na keçən gecə törədilmiş silsilə 24 partlayışa görə məsuliyyəti üzərinə götürüb. Yayılan bir cümləlik kommunikedə deyilir: “Bizim Fransa ilə ortaq taleyimiz yoxdur”
AZƏRTAC xəbər verir ki, FLNC bununla dövlətə və "Korsika üçün muxtariyyət"in konturlarını müəyyən etmək məqsədilə seçilmiş nümayəndələrə mesaj göndərib.