Fransa qoşunları Nigerdən çıxmağa başlayıb
10.10.2023 [18:15]
Xəbərin mətni
Fransalı hərbçilərdən ibarət ilk qrup Nigeri tərk edib.
AZƏRTAC xəbər verir ki, France-Presse agentliyi bu barədə Fransa Silahlı Qüvvələrinin Baş qərargahına istinadla məlumat yayıb.
Məlumata görə, Fransa qoşunlarının Nigerdən çıxarılması plana əsasən həyata keçirilir və koordinasiya davam edir. Nigerdə 1,4 min fransalı hərbçi var. Bir müddət öncə Nigerin müvəqqəti hökuməti - Vətənin xilası üzrə milli şura oktyabrın 10-dan etibarən Fransa qoşunlarının ölkədən çıxarılma prosesinin başlayacağını bildirmişdi.