Qaxda ayı rayon sakininə hücum etdi
10.10.2023 [19:29]
Bir neçə gün əvvəl Qaxın Sarıbaş kəndi yaxınlığındakı dağlıq ərazidə ayı 57 yaşlı Fəxri Babayevə hücum edib.
AZƏRTAC xəbər verir ki, kənd sakini mal-qara otararkən qəflətən ayının hücumuna məruz qalıb. Belə ki, o, at belində hərəkətdə ikən ayı onu atdan salmağa cəhd edib. Kənd sakini isə ona hücum çəkən ayının əlindən xilas olmağa çalışarkən vəhşi heyvan Fəxrinin ayaqlarına xəsarət yetirib. Hadisənin təfərrüatlarını əməkdaşımız araşdırıb.