Azərbaycan Dövlət İnformasiya Agentliyi

54 tələbə qızın təhsilinə dəstək göstərilib

11.10.2023 [15:42]

“Bu tədbirdə bir şəhid xanımı kimi iştirak etmək qürurvericidir. Bundan sonrakı həyatımızı təhsil alaraq şəhidin bir övladı ilə baş-başa, daha gözəl günlər yaşamaq üçün bu təhsili alıram”.
Şəhid xanımı olan Aminə Ələkbərova ilə birlikdə bu il 54 qızın təhsilinə dəstək göstərilib. “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı-2023” bu il də tələbə adını qazanan şəhid ailələrindən və aztəminatlı ailələrdən, həssas qrupdan olan, ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayan qızların təhsil həyatına toxunub.