Moskva metrosunda qatarlar toqquşdu
11.10.2023 [15:56]
Moskva metrosunda iki qatarın toqquşması nəticəsində maşinist və iki sərnişin xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, hadisə bu gün səhər saatlarında “Peçatniki”stansiyasında baş verib. Depodan çıxan qatar stansiyada dayanmış digər qatarla toqquşub. Qəzaya qatarın əyləc sistemində yaranan nasazlığın səbəb olduğu bildirilir.