MƏDƏNİYYƏT
Vyanada “Huma quşu“ Təhsilə Yardım Fondunun təqdimatı keçirilib
11.10.2023 [19:56]
Xəbərin mətni
Vyana şəhərində Azərbaycan Mədəniyyət Mərkəzində “Huma quşu” Təhsilə Yardım Fondunun təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə akademik və diplomatik qurumların nümayəndələri, xaricdə yaşayan soydaşlarımız, eləcə də media təmsilçiləri iştirak edib. Fond Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşı, Komitənin xətti ilə Kolumbiyanın Medeyin şəhərində çalışdığı zaman faciəli şəkildə həyatını itirən, yazıçı və xeyriyyəçi Humay Vilayət qızı Quliyevanın xatirəsini yaşatmaq və humanitar fəaliyyətini davam etdirmək məqsədilə yaradılıb.