Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rəsmi Moskva Paşinyanın Ermənistanın siyasi kursunu dəyişməyəcəyinə ümid bəsləyir

12.10.2023 [12:22]

Xəbərin mətni

Rəsmi Moskva Paşinyanın Ermənistanın siyasi kursunu dəyişməyəcəyinə ümid bəsləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib.
O xatırladıb ki, bir neçə gün əvvəl müsahibəsində Paşinyan ölkəsinin istinad nöqtəsini dəyişməyəcəyini vurğulamışdı. S.Lavrov ümidvar olduğunu bildirib ki, Ermənistanı başqa istiqamətə çəkməyə cəhd göstərilməsinə baxmayaraq, Paşinyan bu mövqeyinə sadiq qalacaq.