Türkiyənin təhlükəsizlik qüvvələri son bir ildə 1640 terrorçunu zərərsizləşdirib
12.10.2023 [18:20]
Xəbərin mətni
İraq və Suriyanın şimalında aparılan antiterror tədbirləri də daxil olmaqla, Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən son bir həftə ərzində 252, son bir ildə isə 1640 terrorçu zərərsizləşdirilib. Beləliklə, antiterror tədbirlərinin başladığı 2015-ci il iyulun 24-dən indiyədək zərərsizləşdirilən terrorçu sayı 38 min 983-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk mediaya bildirib.