AŞPA: İstanbuldan olan millət vəkili, əlil Serkan Bayramın həyatından bəhs edən film nümayiş olunub
12.10.2023 [21:24]
Xəbərin mətni
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə Ədalət və İnkişaf Partiyasının İstanbuldan olan millət vəkili, əlil Serkan Bayramın həyatından bəhs edən film nümayiş olunub və əlillərin hüquqlarına dair konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, filmdə əlillərə, eləcə də onların hüquqlarına diqqət çəkilib. Əlillərə və insan hüquqlarına diqqət çəkilməklə dünya ictimaiyyətinə sülh çağırışı edilib.