Vaqif Xaçaturyanın cəzası nə ola bilər CANLI
13.10.2023 [11:35]
Oktyabrın 13-də qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə ilk iclas keçirilib.
AZƏRTAC xəbər verir ki, Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə tərəfindən ona hüquq və vəzifələri izah edilib.
Diqqətə çatdırılıb ki, Vaqif Xaçaturyanın hüquqlarının Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Natiq Bəybalayev müdafiə edəcək. Vaqif Xaçaturyan tərcüməçi ilə təmin olunub.