Prezident İlham Əliyev Bişkekdə Prezident Şavkat Mirziyoyevin təltifolunma mərasimində iştirak edib
13.10.2023 [16:55]
Xəbərin mətni
Oktyabrın 13-də Bişkekdə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin MDB-nin Fəxri nişanı ilə təltif olunması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və digər dövlət başçıları tədbirdə iştirak ediblər.