Azərbaycan Dövlət İnformasiya Agentliyi

Meşəli şahidi AZƏRTAC-a danışdı: Xaçaturyan qadınlara, körpələrə işgəncələr verib

13.10.2023 [22:01]

29 iyul tarixində Xocalılılar, xüsusilə Meşəli kənd sakinləri heç unutmadıqları bir adı eşitdi. Vaqif Xaçaturyan. Bütün diqqət Laçın Sərhəd Buraxılış Məntəqəsinə yönəlmişdi. Azərbaycanlılara qarşı soyqırımı və müxtəlif cinayətlər törədən bu şəxs qaçıb Ermənistana getmək istəyərkən DSX əməkdaşlarının sayıqlığı nəticəsində yaxalandı.