Azərbaycan Dövlət İnformasiya Agentliyi

Münhen polisi Fələstin tərəfdarının nümayişini dağıdıb, bir neçə nəfər saxlanılıb

14.10.2023 [12:03]

Almaniyanın hüquq-mühafizə orqanları Münhenin mərkəzində Fələstin tərəfdarları olan şəxslərin nümayişini dağıdıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, yerli polisin yaydığı məlumata görə, qadağaya baxmayaraq, mitinqdə 300-ə yaxın şəxs iştirak edib.