Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zaqatalada ağır qəza: Ölən və xəsarət alan var

14.10.2023 [14:08]

Oktyabrın 14-ü saat 10 radələrində Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində VAZ-2106 və VAZ-21011 markalı avtomobillər toqquşub.
Nəticədə VAZ-2106-dakı sərnişin, 1960-cı il təvəllüdlü Zaqatala şəhər sakini Yeganə Məhərrəm qızı Bilalova xəsarətlərdən hadisə yerində ölüb.