Türkiyədən Qəzzaya yardım aparan üçüncü təyyarə Misirə yola düşüb
14.10.2023 [14:15]
Xəbərin mətni
Türkiyənin Qəzzaya humanitar yardım daşıyan üçüncü təyyarəsi Ankaradan Misirə doğru yola çıxıb.
AZƏRTAC xəbər verir ki, hərbi təyyarə ilə göndərilən yardımlar arasında dərman, tibbi ləvazimatlar, konservlər, yataq dəstləri, uşaq bezləri kimi gündəlik tələbat malları var. Humanitar yükün Rəfah qapısından keçirilərək Qəzza sektoruna çatdırılması nəzərdə tutulur.