Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Qara bazar”da dəyəri 5 milyon manat olan 240 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

16.10.2023 [12:04]

Xəbərin mətni

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son bir ayda qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr göndərən mütəşəkkil dəstənin Azərbaycandakı üzvlərinə, eləcə də daxildə bu maddələrin satışını təşkil edən şəxslərə qarşı Bakı və respublikanın digər bölgələrində silsilə əməliyyatlar zamanı 53 nəfər saxlanılıb. DİN-in mətbuat xidmətindən bildirilib ki, əməliyyatlar zamanı qanunsuz dövriyyədən “qara bazar”da dəyəri 5 milyon manat olan ümumilikdə 240 kiloqram, o cümlədən 91 kiloqram heroin, 78 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 40 kiloqram metamfetamin, 31 kiloqram tiryək, həşiş qətranı, kokain, eləcə də digər növdən olan narkotiklər, 4560 ədəd psixotrop tərkibli metadon, lirika, preqabalin həbləri, 162 ədəd kultivasiya yolu ilə yetişdirilən, habelə 4635 ədəd yabanı halda bitən çətənə kolu, 1 ədəd odlu silah, çoxlu sayda elektron tərəzilər və narkotiklərin onlayn satışı zamanı istifadə edilən bank kartları çıxarılıb.