Erməni əsilli qadın: Azərbaycanlılardan yalnız hörmət, isti münasibət görmüşəm
16.10.2023 [18:33]
Əslən erməni olan Azərbaycan vətəndaşı Arutyunova Yevgeniya Haykazovna 1932-ci ildə Gəncə şəhərində doğulub. Özünü qısaca Jenya kimi tanıdan qadın 40 ildən çoxdur ki yaşadığı Ağstafa rayonunun Poylu qəsəbəsində müəllim işləyib, rus dilindən şagirdlərə dərs deyib. İndi isə təqaüddədir. Ağstafada işlədiyi müddətdə burada ailə quran Jenya bu yaşına qədər həmişə azərbaycanlılardan yalnız hörmət, isti münasibət gördüyünü bildirir. Həyat yoldaşı da dünyasını dəyişib. Yenə də qonşuları onu tək qoymur. Deyir, qayğı görməsəm 91 il burada yaşayardımmı?