DÜNYA


Rusiya Prezidenti Vladimir Putin Çində səfərdədir

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Çin Xalq Respublikasına (ÇXR) səfəri başlayıb.
AZƏRTAC xəbər verir ki, səfərin məqsədi Pekində keçiriləcək 3-cü “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda iştirakdır. Vladimir Putinin ÇXR Sədri Si Cinpin və forumda iştirak edən bir neçə ölkənin liderləri ilə ikitərəfli görüşləri də nəzərdə tutulub.