Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xankəndi sakinləri doğma torpaqlarına qayıdacaq günü səbirsizliklə gözləyirlər

17.10.2023 [12:43]

“Ora getməyin elə arzusundayam ki, bax bu dəqiqə uça-uça gedərəm.” Bu sözləri Xankəndi sakini Mehman Rzayev AZƏRTAC-a müsahibəsi zamanı deyib. Doğma torpaqlarından zorla qovulanda onun 23 yaşı var idi. Deyir ki, yaşadığı ərazidə erməni qonşuları çox idi, amma hələ hadisələr başlamazdan öncə də ermənilərin azərbaycanlılara qarşı münasibətləri heç də səmimi deyildi.