Füzulidə Şəhər Günü qeyd olunur
17.10.2023 [15:19]
Xəbərin mətni
Bu gün “Füzuli Şəhəri Günü”dür. Bu münasibətlə Füzuli şəhərində ilk dəfədir ki, Şəhər Günü qeyd edilir.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Şəhər Günü bayram tədbirində deputatlar, xarici ölkələrin diplomatları, Füzuli sakinləri, şəhid ailələri, qazilər və veteranlar, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Ölkəmizin tanınmış incəsənət nümayəndələri konsert proqramı ilə çıxış edirlər.