İQTİSADİYYAT


Qusarın intensiv alma bağlarının məhsulu xarici bazarlara çıxarılır

Bu il Qusar rayonunun intensiv və superintensiv meyvə bağlarında bol məhsul yetişib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda alma və armud bağlarında meyvə yığımının qızğın çağıdır. Məhsul toplanması ilə yanaşı, sahibkarlar almanın xarici bazarlarda satışını da təşkil edirlər.
Rayonun Langi kəndində 10 hektardan çox sahədə salınan meyvə bağlarından toplanan məhsulun böyük hissəsi satış üçün Rusiya bazarlarına göndərilir. Burada almanın “Gala”, “Golden”, “Fuji”, “Granny Smith” və digər növləri becərilir.