Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıya külli miqdarda narkotik gətirmək istəyən İran vətəndaşı saxlanılıb

18.10.2023 [11:01]

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən İran vətəndaşı Lavi Sefidgari Mohammad Ələt-Astara avtomobil yolunun Xırmandalı kəndi ərazisindən keçən hissəsində saxlanılıb.