Azərbaycan Dövlət İnformasiya Agentliyi

Son damla qanına kimi döyüşən şəhid Niyazi Vahidov

18.10.2023 [15:41]

Şəhid Niyazi Vahidov harada olubsa, hər zaman zirvəyə yüksəlməyi bacarıb. Xarakterindəki mübarizlik bəlkə də bundan irəli gəlirdi. 1973-cü ildə Ağsunun Çiyini kəndində anadan olan Niyazi Vətənin dar günündə oxuduğu ali məktəbi yarımçıq saxlayaraq könüllü ordu sıralarına qatılıb. Müharibənin ilk günlərindən aktiv döyüş əməliyyatlarında iştirak edən Niyazi Füzuli, Cəbrayıl istiqamətlərində şiddətli döyüşlərdə iştirak edib, qəhrəmanlığı ilə fərqlənib.