Emin Hüseynov: 2025-ci ildə Ağdamda məskunlaşmanı həyata keçirə bilərik
19.10.2023 [14:34]
Xəbərin mətni
“Ağdamda 3 məhəllənin təməli qoyulub. İki məhəllədə artıq işlərə başlanılıb. Yaxın zamanda daha 3 məhəllənin də təməli qoyulacaq. Gələn ilin əvvəlində tikinti işlərinə başlanılacaq. 2025-ci ilin ortalarından başlayaraq biz Ağdam şəhərində və onun ətraf kəndlərində məskunlaşmanı həyata keçirə bilərik". Bu fikirləri jurnalistlərə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.