Paytaxtda narkotik vasitələrin qrup halında qəbul edildiyi 5 məkan müəyyənləşib
19.10.2023 [17:06]
Xəbərin mətni
Paytaxt ərazisində hüquq qaydasının qorunması, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 18-də keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 104 fakt aşkar edilib. İctimai yerlərdə narkotik maddələrin təsiri altında olan 84, o cümlədən narkorkuryerlik etdiyinə görə axtarışda olan 16 nəfərin saxlanılması təmin edilib.