Azərbaycan Dövlət İnformasiya Agentliyi

Narkotik və spirtli içkilərin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücülər saxlanılıb

19.10.2023 [18:44]

Xəbərin mətni

Paytaxt ərazisində insan həyatı və sağlamlığı üçün təhlükə yaradan sürücülər yol hərəkətinin təhlükəsizliyi məqsədilə polis əməkdaşları tərəfindən oktyabrın 18-də keçirilən tədbirlər nəticəsində müəyyən ediliblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında aparılan araşdırmalarla nəqliyyat vasitəsini narkotikin təsiri altında idarə edən 20, sərxoş vəziyyətdə avtomobil idarə edən 51, avtoxuliqanlıq edən 13, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişikliyə yol verən 22 nəfər taksi sürücüsü aşkarlanıb.