Azərbaycan Dövlət İnformasiya Agentliyi

Siciliya adasında meşə yanğınları yaşayış məntəqələrinə yaxınlaşıb

20.10.2023 [15:44]

Xəbərin mətni

İtaliyanın cənubundakı Siciliya adasının Messina şəhəri yaxınlığında meşə yanğınları baş verib.
AZƏRTAC xəbər verir ki, yanğınların bəzi yerlərdə yaşayış məntəqələrinə yaxınlaşdığı, insanların evlərini tərk etmək məcburiyyətində qaldığı və təsərrüfata ziyan dəydiyi bildirilir. Bəzi bələdiyyələrdə məktəblərin, uşaq bağçalarının və sosial strukturların bağlanması barədə göstəriş verilib.