Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRTAC-ın təşkilatçılığı ilə “Uşaq hüquqlarının qorunması və təbliği” mövzusunda silsilə təlimlər keçirilib

20.10.2023 [15:53]

Xəbərin mətni

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) təşkilatçılığı ilə “Nur” uşaq evində “Uşaq hüquqlarının qorunması və təbliği” mövzusunda silsilə təlimlər təşkil olunub.
AZƏRTAC xəbər verir ki, “Şəfqət Nuru” Kimsəsizlərə Yardım Xeyriyyə İctimai Birliyinin “Uğur Evi ilə uğurlara doğru” layihəsi çərçivəsində təşkil edilən təlimlərdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi anılıb, böyüməkdə olan gənc nəslə qəhrəmanlarımızın keçdikləri şərəfli yol barədə məlumat verilib, onlara Vətənə və dövlətə sevgi aşılanıb.