Azərbaycan Dövlət İnformasiya Agentliyi

ÜST: Dünyada meymunçiçəyinə 91 mindən çox yoluxma qeydə alınıb

21.10.2023 [11:00]

Xəbərin mətni

Bu ilin sentyabrında dünyada meymunçiçəyi virusuna 860-dan çox yoluxma halı müəyyən edilib və 2022-ci ilin əvvəlindən bəri yoluxanların ümumi sayı 91 mini keçib, 157 nəfər ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Bildirilib ki, yoluxmalarla bağlı məlumat 115 ölkədən alınıb.