Azərbaycan Dövlət İnformasiya Agentliyi

Daş karxanasında ekskovator yandı

21.10.2023 [15:59]

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonunda yerləşən daş karxanasının ərazisində ekskavatorda yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "HİDROMEK 370" markalı ekskavatorun mühərrik hissəsində baş vermiş yanğın qısa müddətdə söndürülərək digər hissələrinə keçməsinə imkan verilməyib.