Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanlı həkimlər Xankəndidəki tibb müəssisəsində ilk cərrahi əməliyyatı icra ediblər

22.10.2023 [17:23]

Xəbərin mətni

Xankəndi şəhərindəki tibb müəssisəsində azərbaycanlı həkimlər tərəfindən ilk cərrahi əməliyyat icra olunub.

TƏBİB-dən AZƏRTAC-a bildirilib ki, 1999-cu il təvəllüdlü Azərbaycan vətəndaşı oktyabrın 18-də saat 14:10 radələrində qarın boşluğunda kəskin ağrılar, ürəkbulanma, halsızlıq şikayətləri ilə Xankəndi şəhərindəki tibb müəssisəsinə müraciət edib.