Vətən müharibəsi iştirakçıları Dövlət Xidmətində həqiqi hərbi xidmətə qəbul olunub
23.10.2023 [11:00]
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 44 günlük Vətən müharibəsində iştirak etmiş daha 8 nəfər veteranı həqiqi hərbi xidmətə qəbul edib. Xidmətə qəbul olunan zaman namizədlərin bilik və fiziki hazırlıq səviyyələri yoxlanılıb. Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov yeni həqiqi hərbi xidmətə qəbul olunan hərbi qulluqçularla görüşərək, onlara xidməti vəsiqələrini təqdim edib, tapşırıq və tövsiyələrini verib. 8 nəfərdən 4 nəfər leytenant rütbəsi ilə xidmətə qəbul edilib. Xidmətə qəbul olunan mülki şəxslərdən 4 nəfərə isə leytenant ilk hərbi rütbəsi verilib.