Sabunçuda son iki ayda narkotiklərin satışı ilə məşğul olan 81 nəfər saxlanılıb
23.10.2023 [14:40]
Xəbərin mətni
Sabunçuda son iki ayda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 81 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi və ərazi polis orqanlarının əməkdaşları tərəfindən sentyabr-oktyabr aylarında rayon ərazisində həyata keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 81 nəfər saxlanılıb. Həmin şəxslər barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb.