Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qazaxda payız qarğıdalı yığımı aparılır: Məhsuldarlıq yüksək, alıcı isə azdır

23.10.2023 [18:15]

Xəbərin mətni

Qazax rayonunda qarğıdalının hazırda yığımı yekunlaşmaq üzrədir. Fermerlər biçinin gedişindən və məhsuldarlıqdan razıdırlar. Amma satışda müəyyən çətinliklər var. Belə ki, bu il qarğıdalının alıcısı azdır. Fermerlər məhsulu kimə satacaqlarını bilmirlər. Vaxtında satılmayan məhsul isə həm keyfiyyətini itirir, həm də qiyməti ucuzlaşır. Belə olan halda isə qazanc xərci ödəmir.