Azərbaycan Dövlət İnformasiya Agentliyi

İşə düzəltmək adı altında 50-dən çox insanı aladan şəxs saxlanılıb

23.10.2023 [19:10]

Xəbərin mətni

Daxili İşlər Nazirliyinə (DİN) naməlum şəxsin vətəndaşları işə düzəldəcəyi adı ilə aldadıb onlayn ödəniş sistemlərindən istifadə etməklə onların pul vəsaitlərini ələ keçirdiyi barədə çoxsaylı şikayətlər daxil olub. Keçirilmiş əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Həsənov Anar Alıhəsən oğlu saxlanılaraq istintaqa təqdim edilib.